Nigerdə məscidlər və kilsələr YENİDƏN AÇILDI

0
348

Qərbi Afrika ölkəsi olan Niger koronavirus tədbirlərinin yumuşaldılması nəticəsində kütləvi ibadət qadağasını ləğv edilib.

Hökumətin qərarı ilə yenidən ölkə daxilində məscid və kilsələrdə ibadət etməyə icazə verilib.

Vəziyyətin yaxşılaşmasına görə ibadət yerlərinin açıldığını bildirən rəsmilər sosial məsafənin və maskaların istifadəsinə diqqət yetirilməsi, ibadət vaxtından əvvəl məscid və kilsələrin dezinfeksiya edilməsi barədə xəbərdarlıq edilib. Kovid-19 ilə mübarizə çərçivəsində ibadət yerləri təxminən iki ay bağlı qalıb.

Paytaxt Niameydə saat 21.00-dan 05.00-dək tətbiq olunan komendant saatının da ləğv olunduğu ölkədə otellərə, hava limanlarına və sərhəd qapılarına qoyulan qadağa davam edib.

Ölkədə virusa yoluxan 658 insan sağalsa da, 49 nəfər ölüb.

Qeyd edək ki, ilk yoluxma halının martın 19-da aşkarlandığı Nigerdə hələ də 153 yoluxma halı var.