Futbolda 5-ci əvəzetmə qaydası təsdiqləndi

0
425

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunlar zamanı 5-ci əvəzetməyə icazə qaydasını təsdiqləyib. 

Bununla bağlı milli assosiasiyalara müvafiq məktub göndərilib.

Koronavirus pandemiyası səbəbindən dayandırılmış və 31 dekabr 2020-ci il tarixinədək oynanılacaq turnirlərdə hər komandaya hər matçda beş əvəzləmə etmək icazəsi verilir.