Xalq artisti Gülyanaq Məmmədovanın sosial media hesabında paylaşdığı hamiləlik fotoları müzakirə predmetinə çevrilib.
Sənətçi çəkildiyi yeni filmdə hamilə qadın obrazını yaratdığı üçün bu görünüşdə kameralar önünə keçdiyini diqqətə çatdırıb.
Dörd uşaq anası G.Məmmədova rol aldığı ekran əsərinin 9 May “Qələbə” gününə həsr olunduğunu bildirib. “Ana və poçtalyon” adlı bədii filmdə Gülyanaq övladı ilə birlikdə çəkilib.
Ekran əsərində müğənni ilə yanaşı, Xalq artistləri Həmidə Ömərova, məşhur qarmon ustadı Ənvər Sadıqov və digər tanınmış aktyorlar rol alıblar.
“Ana və poçtalyon” filmi tezliklə AzTV-nin efirində yayımlanacaq.