Nazirlik təhsil müəssisələrində yeni xidmətə başlayır

0
319

Təhsil Nazirliyi təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydasını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, bütün pillələr üzrə təhsil müəssisələrində psixoloji xidmət fəaliyyət göstərəcək.

Hazırda yalnız ümumi və bəzi məktəbəqədər təhsil müəssisələrində psixoloji xidmət təşkil olunur.

Şagird sayı 1000-dək olan məktəblərdə bir psixoloq, 1000-dən 3000-dək olan məktəblərdə iki psixoloq, 3000-dən çox olan məktəblərdə üç psixoloq fəaliyyət göstərəcək.