TƏBİB bu şəxslərə çağırış etdi: “Yardım edin!”

0
441

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan sağalan vətəndaşlarımıza müraciət edib.

Bildirilib ki, artıq ölkəmizdə ağır koronavirus xəstələrinin immun plazma müalicəsinə başlanılıb:

“COVID-19 xəstəliyindən sağalan vətəndaşlarımızı qan plazması donoru olaraq, digər xəstələrə yardım etməyə çağırırıq! “COVID-19 İmmun Plazma” bağışlamaqla dəyişiklik yarada bilərsiniz!”

Ünvan:

Mərkəzi Qan Bankı

Mirəli Qaşqay küçəsi 87

Əlaqə nömrələri:

907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52