Ruslar “immuniteti möhkəmləndirmək” üçün yenə içməyə başladılar…

0
353

Rusiyanın səhiyyə naziri Mixail Muraşkin Rossiya-24 kanalına müsahibəsində deyib ki, karantin dövründə rusiyalılar yenidən “immuniteti möhkəmləndirmək” üçün spirtli içkilərə meyl etməyə başlayıblar.
Jurnalist Nailə Əsgərzadənin suallarını cavablandıran nazir ölkədə alkoqola tələbatın birdən-birə 2-3% artmasından narahat olduğunu söyləyib. Mixail Muraşkin bildirib ki, alkoqol orqanizmi qorumur, əksinə, bədənin immunitetini zəiflədərək virusun fəallaşmasına şərait yaradır. O vurğulayıb ki, alkoqol indiki vəziyyətdə insanların səhhətinə daha çox təhlükə yaradır.
Qeyd edək ki, bir müddət öncə koronavirus pandemiyasının Rusiyada bəzi içkilərə tələbatı azaltdığı haqda məlumat yayılmışdı. “Online Market Intelligence” Araşdırmalar Mərkəzinin apardığı monitorinq göstərmişdi ki, pandemiya səbəbindən rusların 45%-i alkoqollu içkilərdən imtina edib. Alkoqoldan imtina edənlərin 67%-nin 55 yaşını ötən şəxslər olduğu bildirilirdi.