ÜST: Dünyada koronavirusa yoluxanların sayı 84 mindən çox artıb

0
390

Mayın 1-i saat 12:00 üçün dünyada koronavirusa yoluxanların sayı 3 175 207 nəfərə çatıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 84 771 nəfər yeni koronavirusa yoluxub, 6 403 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 3 175 207 nəfərə, ölənlərin isə 224 172 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 461 404 yoluxma və 138 200 ölüm halı. Avropa regionunda sutka ərzində 26 764 yoluxma halı, 2 239 ölüm halı qeydə alınıb.

İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada mayın 1-nə olan məlumatlara əsasən, yoluxanların sayı 1 291 917, ölənlərin sayı isə 69 087 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 188 585 yoluxma və 7 598 ölüm halı qeydə alınıb.

Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (1 035 353), İspaniyada (213 435), İtaliyada (205 463), Böyük Britaniyada (171 257), Almaniyada (159 119), Fransada (128 121), Türkiyədə (120 204), Rusiyada (114 431), İranda (94 640) və Çində (84 385) qeydə alınıb.