“ABŞ-ın Şimali Karolina ştatında avtomobilində ölü tapılan gəncin nəşi Azərbaycana gətiriləcək”.
Bunu açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, Hüseynov Samir Ayaz oğlunun cənazəsi artıq Nyu-York şəhərinə gətirilib:
“Mərhumun nəşi oradan Azərbaycana göndəriləcək”.
Qeyd edək ki, S.Hüseynov Şimali Karolina ştatında daxili yükdaşımalarla məşğul olub. O, avtomobilin arxa kabinasında yatan zaman havalandırma sistemində nasazlıq baş verib. Nəticədə, avtomobildən çıxan işlənmiş qaz kabinaya sızıb və gənc vəfat edib.
O, Azərbaycan vətəndaşı olub və “Green Card” vasitəsilə Şimali Karolina ştatına köçüb.