Ermənistan dövlət borcunu kəskin artırır – TƏCİLİ İCLAS

0
389

Ermənistan hakimiyyəti koronavirusla əlaqədar dövlət büdcəsində müəyyən dəyişikliklər etmək qərarına gəlib.

Bunu Ermənistan parlamentinin növbədənkənar iclasında çıxışı zamanı Maliyyə naziri Atom Cancuqazyan deyib.

Cancuqazyan Ermənistanda iqtisadi tənəzzülün 2% olacağını deyib. O, Rusiyadan və digər ölkələrdən Ermənistana tranşların kəsiləcəyini, turizm və xidmət sferasının güclü zərər görəcəyini, ixracatın və investisiyaların azalacağını bildirib.

Nazir büdcənin itkilərinin 324 milyard dram (672 milyon dollar) təşkil edəcəyini söyləyib. Onun sözlərinə görə, dövlət borcu daha 150 milyard dram (311.143.175 dollar) artırılacaq.