Tovuzda qaz sobası partladı, bir nəfər yanaraq xəstəxanalıq oldu

Tovuzda evdə partlayış baş verib.

Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Yaşayış evində kustar üsulla hazırlanmış qaz sobasında partlayış olub. Nəticədə 1964-cü il təvəllüdlü Süleymanova Nəzakət Məhərrəm qızı yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbi araşdırılır.