Şimali Koreyadan koronavirusla bağlı açıqlama

0
439

Şimali Koreyadan koronavirusla bağlı açıqlama

Şimali Koreyada indiyədək Covid-19-a yoluxma faktına rast gəlinməyib.

Bu barədə ölkənin Nazirlər Kabinetinin məruzəsində bildirilib. Qeyd edilib ki, ölkədə genişmiqyaslı tibbi müşahidə aparılıb və izolyasiya tədbirləri görülüb. Nəticədə koronavirusa yoluxma faktı qeydə alınmayıb. Ölkədə bundan sonra da təhlükəsizlik tədbirlərinə davam ediləcəyi açıqlanıb.

Xatırladaq ki, Şimali Koreya hökuməti virusun ilk dəfə meydana çıxması zamanı – bu ilin yanvarından fövqəladə vəziyyət rejiminə başlayıb. Çinlə sərhədlər bağlanıb, ölkəyə gələn xarici vətəndaşların yoxlanması qaydaları sərtləşdirilib. Orada karantin müddəti 30 gün müəyyən edilib. İndiyədək Şimali Koreyada 500 nəfər karantində, 2200 nəfər isə özünütəcrid rejimində olub.