Tibb işçilərinə nəqliyyat pulsuz olacaq – Nazir açıqladı

0
593
Tibb işçilərinə nəqliyyat pulsuz olacaq - Nazir açıqladı

Türkiyədə koronavirusla mübarizə tədbirləri çərçivəsində işləyən tibb işçiləri üçün nəqliyyat pulsuz olacaq.

Bunu ölkənin Nəqliyyat və İnfrastruktur naziri Cahit Turhan açıqlayıb.

Nazir bildirib ki, tibb işçiləri İstanbul, Ankara və İzmirdə şəxsiyyət vəsiqələrini göstərməklə müəyyən marşurt xətlərindən ödənişsiz istifadə edə biləcək.

Qərar bu gündən qüvvəyə minir.