Koronavirusdan sağalanların ağciyərlərində yad cisimlər aşkar edilir

0
449

Koronavirusdan sağalanların ağciyərlərində elə şeylər tapıldı ki... - Dəhşətə gələcəksiniz

Yeni tip koronavirusdan sağalan xəstələrin ağciyərlərində maye və yad cisimlərlə dolu kisələr aşkarlanıb.

Bu tapıntı çinli alimlərin araşdırmaları nəticəsində ortaya çıxıb.

Uhan Universiteti Zonqnam Xəstəxanasının elm adamları 140 koronavirus xəstəsi üzərində analiz aparıb. Nəticədə bir xəstənin ağciyərində buzlu şüşəyə bənzər maddələr tapılıb. Bu tapıntıların orqanlarda daimi zədə yaratdığı bildirilib.

Honkonqda 12 xəstəlikdən sağalan şəxs üzərində aparılan kiçikmiqyaslı araşdırma nəticəsində məlum olub ki, koronavirus ağciyərdə fünksiyaların azalmasına səbəb olur. Şahzadə Marqaret Xəstəxnası Yoluxucu Xəstəliklər Mərkəzinin tibb direktoru Oven Tsanq Tak Yin bəzi xəstələrin ciyərində sağaldıqdan sonra 20-30% zədə qaldığını bildirib.

Qeyd edək ki, koronavirus aşağı və yuxarı tənəffüs yollarını zədələyir və buna görə quru öskürək, tənəffüs çatışmazlığı və pnevmoniyaya səbəb olur.