Kişilər və qadınlar üçün təhlükəli yaş müəyyən edildi

0
354

Fin və amerikalı alimlər qrupu infarkt və insult riskinin hansı yaşda artdığını müəyyənləşdirib.

Ekspertlər tədqiqat zamanı minlərlə xəstəlik tarixini təhlil ediblər.

Məlum olub ki, kişilər üçün kritik  hədd 40 yaşdır. Bu yaşdan sonra orqanizmin siqnallarına daha diqqətlə fikir verməyə başlamaq lazımdır.

Qadınlarda isə kritik hədd 30 yaşdır. Bu dövrdən başlayaraq infarkt, insult və digər xəstəliklərin riski artır.

Alimlər bildirirlər ki, xəstəliklərin yaranmasına əsasən stress və az fiziki aktivlik, siqaret çəkmək, spirtli içkilərdən sistematik istifadə etmək və düzgün qidalanmamaq kimi pis vərdişlər səbəb olur.