Amerikalılara koronavirusa görə 1000 dollar veriləcək

0
393

Amerikalılara koronavirusa görə 1000 dollar veriləcək

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin Ağ Evin koronavirus pandemiyası ilə bağlı planlarını açıqlayıb.

Epidemioloji vəziyyətin gərginləşməsi fonunda əhaliyə dəstək məqsədilə adambaşına 1000 dollar kompensasiya veriləcək. Eyni zamanda uşaqlara 500 dollar ayrılması nəzərdə tutulur. Bu tədbirlər planı yaxın 3 gün ərzində gerçəkləşdiriləcək.

Nazirin sözlərinə görə, ABŞ hökuməti vətəndaşlara birbaşa pul ödəmələri üçün 500 milyard dollar vəsait ayıracaq.