Qanunsuz reklam aparan şirkətlə bağlı araşdırma aparılacaq

0
401
Qanunsuz reklam aparan şirkətlə bağlı araşdırma aparılacaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dam örtüyü materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan şirkətin məhsullarını yarıçılpaq qadın fotoları ilə reklam etməsi ilə bağlı araşdırma aparacaq.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

M.Zeynalova şirkətin öz məhsullarını yarıçılpaq qadınların fotoları vasitəsilə reklam etməsini qadın hüququna zidd adlandırıb.

Qeyd edək ki, “facebook” sosial şəbəkəsindəki “damortuyu” səhifəsində dam örtüyü materiallarının yarıçılpaq qadın fotoları vasitəsilə satışa çıxarılması izləyicilər tərəfindən narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri bunu qadın hüquqlarının pozulması və həmin qadınların istismarı kimi dəyərləndirib.