Azərbaycansayağı karantin: təcrid olunmuş pasiyentlər pozitivi bölüşürlər – VİDEO

0
527

Xüsusi rejimli xəstəxanalardan birində

Koronavirusla əlaqədar karantinə alınmış azərbaycanlılara Novruzun ənənəvi bayram şirniyyatları paylanılıb.ölkənin cənubunda xüsusi rejimli xəstəxanalardan birində yaşanan bayram əhval-ruhiyyəsinə dair foto və videoçarxları “Facebook” sosial şəbəkəsinin bir neçə istifadəçisi öz səhifəsində yerləşdirib.

Videoçarxdan görünür ki, tibbi personal pasiyentlərə bayram şirniyyatı paylayıb və həkimlərdən biri onlar üçün şeir deyir.

Xatırladaq ki, karantində əsasən İran, İtaliya, Almaniya və virusun tüğyan etdiyi digər ölkələrdən vətənə qayıdan azərbaycanlılar var.

Ümumilikdə, Azərbaycanda mindən çox adam karantində olub. Yüzlərlə insan Cəlilabad, Masallı, Astara və Qobustan rayonlarındakı xəstəxanalarda, həmçinin Bakıdakı bir nömrəli Mərkəzi Klinik Xəstəxanada nəzarətdə saxlanılır.

Ümumilikdə, hazırda Azərbaycanda 34 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. On xəstə artıq evə buraxılıb. Bir nəfər isə xəstəliklərin ağırlaşması nəticəsində dünyasını dəyişib.

2019-cu ilin sonunda Çin hökuməti ölkənin Hubey əyalətinin Uhan şəhərində mənşəyi məlum olmayan pnevmoniyanın müəyyənləşdirildiyini elan edib. Xəstəliyin törədicisi fevralın 11-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “COVID-19” adını almış yeni koronavirus növü olub.

Martın 18-nə olan məlumata görə, dünyanın 166 ölkəsində virusa yoluxmuş şəxslərin sayı 198 543 nəfər təşkil edib. Virusa sonuncu yoluxmuş şəxslərin sayı 326 nəfərdir. 7 988 nəfər virusun törətdiyi xəstəlik səbəbindən ölüb. Bu günə qədər 82 779 nəfər virus infeksiyasından müalicə olunub, onlardan da 1100 nəfər yenicə sağalıb.