Vilayət Eyvazov əmr verdi: Polis gücləndirilmiş rejimə keçir – VİDEO

0
353

Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polisin gücləndirilmiş iş rejimindəki fəaliyyəti Novruz bayramı günlərində də davam etdiriləcək.

Belə ki, Daxili İşlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarının şəxsi heyəti novruz bayramı günlərində ictimai asayişin daha nümunəvi qorunması məqsədilə mart ayının 20-dən 27-dək gücləndirilmiş iş variantında xidmət edəcəklər.