BMT Baş katibi koronavirusla bağlı ölkələrə çağırış edib

BMT Baş katibi Antonio Quterreş ölkələrə çağırış edib.

Bu barədə BMT Baş katbi “Twitter” hesabında bildirib.

“Hamımız koronavirusun ümumi təhlükəsi ilə üzləşirik. Birlikdə hələ də COVID-19 pandemiyasının gedişatını dəyişə bilərik, bunun üçün hərəkətsizliyi aradan qaldırmaq, qətiyyətlə və stiqmadan uzaq bir şəkildə irəliləmək lazımdır.

İndi hər bir hökuməti öz səylərini artırmağa çağırıram!”, – deyə Antonio Quterreş bildirib.