İNANILMAZ: AVRO-2020 Türkiyədə keçirilə bilər

0
492

İNANILMAZ: AVRO-2020 Türkiyədə keçirilə bilər

Futbol üzrə 2020-ci il Avropa çempionatının keçiriləcəyi ölkə dəyişdirilə bilər.

İtaliyanın “La Repubblica” nəşri məlumat yayıb.

Xəbərdə bildirilib ki, UEFA prezidenti Aleksander Çeferin yeni tip koronavirusa görə AVRO-2020-nin ev sahibliyi edəcəyi ölkəni dəyişdirməyə hazırlaşır. Onun siyahısında koronavirusun yayılmadığı və ya daha az yayıldığı ölkələr yer alıb. Hazırda Avropa çempionatını qəbul etmək üçün ən uyğun ölkə Türkiyədir.

Qeyd edək ki, Türkiyə 2018-ci ildə AVRO-2024-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüşdü. Lakin həmin vaxt Almaniya seçilmişdi.

Xatırladaq ki, AVRO-2020 12 iyun -12 iyul tarixlərində baş tutacaq. Açılış oyunu iyunun 12-də Romadakı “Olimpiko” stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq. Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels-İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də Türkiyə-İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.