Pərvin Məmmədov Dünya Kubokunun qalibi oldu – VİDEO

0
445

Parapauerliftinq üzrə Azərbaycan yığması Böyük Britaniyanın Mançester şəhərində keçirilən Dünya Kubokunda ilk mükafatını qazanıb.

 Millimizin heyətində Pərvin Məmmədov çıxışını uğurla başa vurub.

49 kq çəkidə mübarizə aparan həmyerlimiz 146 kq göstərici ilə qızıl medal qazanıb. İkinci yerə böyük britaniyalı Adam Olderman, üçüncü pilləyə isə yaponiyalı atlet Tetsuo Nisizaki sahib çıxıb.

Hazırda Azərbaycan millisi bir qızıl medalla Dünya Kubokunda üçüncü pillədə qərarlaşıb.

Bu qələbə ilə idmançımız lisenziya xallarını artırıb və Tokio-2020 Yay Paralimpiya Oyunlarına vəsiqə qazanmaq şansını çoxaldıb.

Qeyd edək ki, 20-23 fevral tarixlərində keçirilən cari mövsümün ikinci Dünya Kubokunda dörd idmançımız mübarizə aparır. Yarışda 117 atlet çıxış edir.