Rusiyanın Maqadan vilayətində yerə çırpılan təyyarənin sərnişini hadisə anının görüntülərini paylaşıb.
Kadrlarda hava gəmisinin havaya qalxması, sonra qəfil yüksəkliyi itirməsi görünür, göyərtədən qışqırıq səsləri eşidilir.
Xatırladaq ki, AN-2-nin göyərtəsində iki heyət üzvü və 12 sərnişin olub. Təyyarə havaya qalxandan dərhal sonra yerə çırpılmışdı. Hadisə nəticəsində yeddi nəfər yaralanıb.
Müstəntiqlər baş verənlərlə bağlı iki əsas versiyanı nəzərdən keçirirlər: təyyarənin texniki nasazlığı və uçuş qaydalarının pozulması.
Təyyarənin istismarı və hərəkəti zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.