Yeni seçilən parlamentin STATİSTİKASI

0
539

Yeni seçilən parlamentin STATİSTİKASIAzərbaycanın müstəqillik tarixində ilk dəfə keçirilən növbədənkənar parlament seçkisi ilə 6-cı çağırış Milli Məclisin tərkibi formalaşdı. ARB24 telekanalının Analitik qrupunun hesabatına görə, parlamentin tərkibi 35.2% yenilənib. Ötən çağırışla müqayisədə 44 yeni deputat seçilib, 81 nəfər isə mandatını qoruya bilib. Müqayisə üçün 5-ci çağırış Milli Məclisin tərkibinə 96, 4-cü çağırışın tərkibinə isə 88 deputat təkrar seçilmişdi.

Yeni seçilən parlamentin STATİSTİKASIYenidən mandat qazanan deputatlardan 4-ü – Mixail Zabelin, Elman Nəsirov, Səməd Seyidov və Qüdrət Həsənquliyev yeni, digər 77-si ötən seçkidəki dairəsindən deputat seçilib.
Milli Məclisin 3, 4 və 5-ci çağırışlarının rəhbərliyi eyni şəxslərdən ibarət olub:
1. Oqtay Əsədov – Sədr
2. Ziyafət Əsgərov – Sədrin 1-ci müavini
3. Bahar Muradova – Sədrin müavini
4. Valeh Ələsgərov – Sədrin müavini

Yeni seçilən parlamentin STATİSTİKASIBahar Muradova və Valeh Ələsgərovun 6-cı çağırış Milli Məclisin tərkibində təmsil olunmadığını nəzərə alsaq, parlament rəhbərliyində iki nəfərin başqa şəxslərlə əvəz olunacağı dəqiqdir.
2015-ci il Milli Məclis seçkisi zamanı yalnız 3 nəfər 50 faizdən aşağı səs toplamaqla deputat seçilə bilmişdi. 9 fevral seçkisində isə, 50 faizdən aşağı səs toplayaraq deputat seçilənlərin sayı 41 olub. Onların 19-u yeni seçilmiş, 22-si isə təkrar seçilmiş deputatdır. Qalib gələn namizədlər orta hesabla 55.3% səs toplayıb. 2015-ci il seçkisi zamanı isə qaliblər orta hesabla 67.2% faiz səs əldə ediblər. Ümumilikdə, 6-cı çağırış Milli Məclisdə təmsil olunan 82 deputat müstəqillik dövründə formalaşmış parlamentlərin tərkibində 2 dəfə və daha çox təmsil olunub:
İlk dəfə təmsil olunanların sayı – 43 nəfər
2 dəfə təmsil olunanların sayı – 18 nəfər
3 dəfə təmsil olunanların sayı – 17 nəfər
4 dəfə təmsil olunanların sayı – 19 nəfər
5 dəfə təmsil olunanların sayı – 19 nəfər
6 dəfə təmsil olunanların sayı – 9 nəfər
Yeni seçilən parlamentin STATİSTİKASI6-cı çağırış Milli Məclisdə qadın və kişi deputatların sayında 1 nəfərlik fərq var. Belə ki, 5-ci çağırış Milli Məclisdə 104 kişi, 21 qadın deputat var idisə, indi 103 kişi və 22 qadın deputat seçilib.
Yeni seçilən parlamentin STATİSTİKASI6-cı çağırış Milli Məclisdə deputatların orta yaş həddi 53.9 təşkil edib. Ötən çağırışda bu rəqəm 54.6 idi. 30 yaşadək deputatların sayı 1-dən 3-ə, 31-45 yaş aralığında olanların sayı 26-dan 35-ə qalxıb. 46-60 yaş arası deputatların sayı 54-dən 47-yə, 61-75 yaş arası deputatların sayı 40-dan 38-ə, 76 yaşdan yuxarı deputatların sayı 4-dən 2-yə düşüb.
Yeni seçilən parlamentin STATİSTİKASI6-cı çağırış Milli Məclisdə ən gənc deputat 26 yaşlı Səbinə Xasayeva, ən yaşlı deputat isə 81 yaşlı Fəttah Heydərovdur.

5-ci çağırış Milli Məclisdə deputatların 84-ü partiyalı, 41-i bitərəf idisə, indi millət vəkillərinin 82-si partiyalı, 43-ü bitərəfdir. Parlamentdə ümumilikdə, 9 partiya təmsil olunub. Yeni Azərbaycan Partiyası 72, Vətəndaş Həmrəyliyi 3, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Ana Vətən, Vətəndaş Birliyi, Vəhdət və Azərbaycan Demokratik Maarifçilik partiyaları 1 nəfərlə təmsil olunub.
Yeni seçilən parlamentin STATİSTİKASIHesabat Mərkəzi Seçki Komissiyasının 9 fevral seçkisinin nəticələri ilə bağlı ilkin məlumatı əsasında hazırlanıb, rəsmən açıqlanacaq yekun nəticələrdə hansısa dəyişiklik olarsa, bu hesabatda da müəyyən dəyişiklik ola bilər.