“Tesla” və “SpaceX”in təsisçisi İlon Mask NASA tərəfindən yaradılan SLS super ağır raketini yüzfaizlik faciə adlandırıb.
Bu barədə Mask “Twitter” hesabında yazıb.
Maskın sözlərinə görə, SLS-in əsas problemi raketin təkrar istifadə oluna bilməməsindədir. Belə olan halda isə milyard dollar dəyərində raket hər buraxılışdan sonra məhv olur.
Xatırladaq ki, SLS-in ilk buraxılışı texniki problemlərə görə 2020-2021-ci illərə təxirə salınıb.