HƏR KƏSDƏ BIRI VAR, BIRI YOX…

0
1276

Kompüter, whatsapp şəbəkələrində istifadə olunan profil yazılarında həyatın adına istifadə olunan bənzətmələr həddini aşır. Bu yazılardan belə anlaşılır ki, yediyimiz, içdiyimiz, geyindiyimiz, gəzdiyimiz, düşündüyümüz hər bir şeyin adı həyatdır. Əslində bu bənzətmələrdə bir həqiqət də var. Ancaq hər kəsin həyat amalı bu kimi bəsit fikirlərlə əlaqəli deyil.
Həyata daha yüksək düşüncə tərzi ilə baxsaq görərik ki, bütün bunlar həyatın sosial tərəfdən yozumlarıdır. Həyata hərtərəfli qiymət vermək bacarığına malik olmaq üçün 100 il yaşamaq da bəs etmir. Mənim fikrimcə, həyatı yaradan da insandır, başa çatdıran da. 100 il yaşasan belə, həyatın “bir neçə gündən” ibarət ola bilər. Həyat gözəl düşünmək, gözəllik yaratmaq, gözəllik bəxş etmək üçün verilib bizə… Və heç olmasa gözəlliyin nə olduğunu dərk etmək üçün…
Yalnız bir ilahi ismarıcı da unutmamalıyıq. Bu dünya bir imtahandır. İmtahan isə əziyyətsiz olmur. “Əziyyət çəkmədən mükafat alanlar da var” deyənlər də var. Bu da yarımçıq düşüncə məhsuludur.
Əgər bu dünyada mənsub olduqlarını qiymətləndirə bilmirsənsə, özün günahkarsan.
Allah bütün insanlara dünyada lazım olan insanı ehttyacları bərabər ikram edir.
Bunları dərk edib anlamaq üçün də ağıl verir. Ağlımızı hisslərimizə qurban verməmək üçün iradəni isə özümüz qazanmalıyıq. Yenə də Bəxtiyar Vahabzadənin məşhur kəlməsi yadıma düşür: “Ağıl Allahdır, hiss Şeytan…”
Bir vaxtlar razılaşa bilmədiyim bu sözlərdə böyük həqiqət var.
Allahın yaratdıqlarını mükəmməl nümunəsinin seçmindəki əsas imtahan şeytanla mübarizədir.
Mənim fikrimcə, insan cildində ətrafımızda dolaşan şeytanlarla mübarizə üçün iradəmizi sipər çəkməliyik.
Bunu bacarmayanlar şeytanın quluna çevrilir və əbədi dünyanın ilahi səadət qapılarını bağlayır.
Heç bir kəsin səndən üstün olmadığını düşünmək və tənbəllik etməmək yetər ki, səadət qapısının açarı sənin əlində olsun.
“Mən əlimdən gələni edirəm, amma istədiklərimə nail ola bilmirəm” sözləri də bəsit təfəkkür məhsuludur.
İnsanların əksəriyyəti bu dünyada xoşbəxt olmağın yolunu varlı olmaqda görür.
Unutmamalıyıq ki, “kasıbın bir dərdi var, varlının min dərdi var…”
Demək ki, əbədi dünyanın səadət qapılarının açarını kasıbların əldə etməsi daha asandır. Bu dünyanın ən asan əziyyəti kasıb olmaqdır.
Hər bir kəsə dünya ehtiyaclarının bərabər paylanması fikrinə gəlincə, bunu anlamaq üçün fərqli mütaliiələrin və zəka sahiləri ilə söhbətlərin vacibliyi şərtdir.
Hər zaman ağlımızın qapısı ağzında bu düşüncəni mühafizəkar saxlamalıyıq: “Hər kəsdə “biri” var, “biri” yox…”
Olanların qədrini bilib, ondan istifadə etməyi bacaranlar əbədi hüzura qovuşa bilər.
Yazdıqlarım sosial şəbəkələrdəki fərqli yozumların tam və birləşmiş izahı rolunu yerinə yetirə bilməsə də, hər halda bu kimi düşüncələrin ehtiyaclı ünvanlarına çatdırlması və daha mükəmməl fikirlərin saytımız vasitəsilə paylaşımına vəsilə olacağını düşünürəm.

Sənubər Qasımova