Həbs edilən sabiq icra başçısının oğlu işdən çıxarıldı

0
402

Ağstafa İcra Hakimiyyətin sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu işdən çıxarılıb.

Bu barədə Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.

O bildirib ki, bu məsələlərə qədər Nizaməddin Quliyevin oğlu Ramal Quliyev idarənin əməkdaşı olub:

“Ramal Quliyevin müraciəti əsasında baş Prokurorun müaviq əmri ilə tutduğu vəzifədən azad olunub”.