Xətai Sənət Mərkəzində növbəti sərgi 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunacaq

0
535

Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Yanvarın 18-də reallaşacaq sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Qeyd edək ki, müsabiqədə seçim iki yaş kateqoriyası üzrə – 12 yaş qədər və 12-17 yaşarası aparılıb.

Sonda qaliblər Xətai Sənət Mərkəzində açılacaq sərgidə diplomlarla təltif ediləcək.