Bakının mərkəzində yanan bina söndürüldü – VİDEO

0
545

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının damında tikilən ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15:05

Bakıda yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 195 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.