Azərbaycanın Xalq rəssamı vəfat edib

0
449

Görkəmli Xalq rəssamı vəfat edib.

Bu gün Azərbaycan Respublikasının Xalq rəssamı, görkəmli qrafika ustası Mir Cəlil Müfidzadə 85 yaşında ürək tutmasından ölüb.

Qeyd edək ki, bununla bağlı sosial şəbəkədə Siyavuş Əlizadə adlı istifadəçi paylaşım edib.

Xatırladaq ki, Cəmil Miryusif oğlu Müfidzadə 24 fevral 1934-cü ildə Naxçıvanın Ordubad rayonunda anadan olub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” kafedrasına rəhbərlik edən Cəmil Müfidzadə “Ofort” adlı dərsliyin müəllifi olub.

O, Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətinə görə 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adları verilib.

Allah rəhmət eləsin!