Mahsun Kırmızıgül 14 il sonra mahnı oxudu

0
755

Müğənni Mahsun Kırmızıgül 14 illik fasilədən sonra ilk dəfə mikrofon qarşısına keçib.

Hazırda aktyor-rejissor kimi fəaliyyətini davam etdirən Kırmızıgül “Mücize 2: Aşk” filmi üçün “Yoksun sən” mahnısını səsləndirib. Müğənni sosial şəbəkədə yeni bəstəsini belə təqdim edib:

“Uzun və zəhmətli işdən sonra “Möcüzə 2: Aşk” filmi üçün səsləndirdiyim “Yoksun sən” adlı əsərimlə sizinləyəm. Simfoniya çalındı və mən ilk dəfə 14 il sonra mikrofon başına keçdim”.

Qeyd edək ki, adıçəkilən filmdə mərhum əməkdar artist Xanım Qafarovanın qızı Gövhər də epizodik rolda çəkilib