Təhsil və ya müalicə xərcləri ilə bağlı vergi güzəşti

0
499

Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, Vergi Məcəlləsinin tələblərinə görə, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 2000 manatadək olan hissəsi də gəlir vergisindən azad olunur.