Əsrarəngiz gözəllik: Azərbaycan dağları məşhur fotoqrafın obyektivində

0
949

DağMəşhur fotoqraf Aleksey Lyokin Beynəlxalq Dağlar Günü ilə əlaqədar Azərbaycanın müxtəlif guşələrindəki dağlara səyahət edərək unikal fotolar çəkib.

Azərbaycandan olan fotoqraf Aleksey Lyokin Beynəlxalq Dağlar Günü ilə əlaqədar olaraq ölkəmizin dağlarında çəkdiyi fotoları nümayiş etdirib.

Fotolar müəllifin “Facebook” səhifəsində yayımlanıb. Müəllifin sözlərinə görə, bu fotolar yalnız gözəlliyi deyil, duyğuları da təsvir etmək üçün bir fürsətdir. Lyokin tez-tez Azərbaycanın müxtəlif regionlarına səyahət edərək ən çətin yerlərdə fotoçəkilişlər aparır.

“Ölkəmizin hər bir guşəsinin özünəməxsus gözəlliyi var və mən onların özəlliklərini və fərqliliklərini göstərmək istəyirəm”, – deyə Lyokin bildirib.

Beynəlxalq Dağlar Günü beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədilə 1992-ci ildə BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında təsis edilib.

BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq hər il 11 dekabr Beynəlxalq “Dağlar Günü” kimi qeyd olunur.