Əlibaba Məmmədov: “Mehriban xanımın evimə təşrif buyurması sürpriz oldu”

0
1074

Ötən gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xalq artisti, görkəmli muğam ifaçısı, bəstəkar-xanəndə Əlibaba Məmmədovun evində qonaq olub.

89 yaşlı sənətkar görüşlə bağlı təəssüratlarını bölüşb:

“Bu yaşımda, sağ olsun ki, məni dəyərləndirib, qonağım oldu. Təkcə Mehriban xanım yox, onunla bərabər ölkə Prezidenti İlham Əliyev də bizim kimi sənət adamlarını həmişə diqqətində saxlayır. Mehriban xanımın evimə təşrif buyurması sürpriz oldu. Bu gəliş həm mənim üçün, həm də mənə yaxın olan hər kəs üçün böyük şərəfdir. Bu, eyni zamanda sənətkara, muğama verilən hörmətin göstəricisidir. Zaman-zaman mən də daxil olmaqla sənət-söz adamları, incəsənət nümayəndələri ölkə rəhbərliyinin bu cür isti münasibətinin şahidi olur. Sənətkara verilən qiymət onun dinləyicisinə, xalqa verilən qiymətdir”.