Azərbaycan Albaniyaya 500 min avro yardım ayırdı

0
565

Prezidenti İlham Əliyevin tapşırığı və Baş nazir Əli Əsədovun sərəncamı ilə Nazirlər Kabinetinin ehtiyat fondundan Albaniyada noyabrın 26-da baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə 500 000 (beş yüz min) avro vəsait ayrılıb.

Bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilib.