Metroda başı telefona qarışan sərnişinin platformadan relslərin üzərinə yıxılma görüntüləri təhlükəsizlik kamerasına düşüb. İnsident Argentinanın Buenos-Ayres şəhərində yerləşən “Aquero” metro stansiyasında qeydə alınıb.
Kadrlarda, başı mobil telefona qarışan sərnişinin stansiyanın platformasında irəlilədiyi və bir neçə addımdan sonra ayağının biri boşluğa düşərək relslərin üzərinə yıxıldığı görülür.
Bundan sonra o, öz gücünə relslərin üzərindən qalxır və ətrafda olan iki sərnişinin köməkliyi ilə qatar yolundan platformaya çıxarılır. Bir neçə saniyə sonra da qatar gəlir.
49 yaşlı şəxs stansiya əməkdaşlarının və səhiyyə işçilərinin köməkliyi ilə xərəyə uzadılaraq xəstəxanaya aparılması üçün ambulansa aparılır.
Yerli polisin məlumatına görə, o, daha sonra xəstəxanaya getməkdən imtina edib.