Hər bir dövlət məmuru vətəndaşlara can yandırmalıdır

0
2730

Ola bilsin ki, dediklərim birmənalı qarşılanmayacaq, ancaq bunlar mənim subyektiv fikirlərimdir. Təbii ki, məni qane edən və etməyən məsələlər var. Hər bir işdə mənfi və müsbət cəhət olur. Mənim işimdə müsbət cəhətlər az deyil. Mən isə daha çox insanların və rəhbərimin fikrinə diqqət yetirirəm. Çünki ətrafında olanların və rəhbərlərimin rəyi daha vacibdir. Onu deyə bilərəm ki, son illər insanlarda qanunların icrasına inam artıb. Başqa məsələ ki, bəzi məmurlar öz işlərinə başqa prizmadan yanaşırlar. İstərdim onların öz xalqına, öz dövlətinə daha çox ürəyi yansın. Təəssüflər olsun ki, bu gün bəzi məmurlarda eqoizm və özünü düşünmə var. Mən çox şadam ki, xidmət etdiyim müddətdə gənc əməkdaşlar aktivlik nümayiş etdirir. İstəməzdim qocaman işcilərimiz incisin. Hər bir qocaman işci bizim ağsaqqalarımızdı, onların həyat təcrübəsi bizə örnəkdir, bizim hər birimizin formalaşmasında, qocaman işcilərin müstəsna xidmətləri olmuşdur. Bir şeyi qeyd edim ki, cavan əməkdaş nisbətən yaşlı təbəqədən, onların həyat təcrübəsindən istifadə etməklə daha çox fəal və savadlıdılar, çalışırlar ki, verilən tapşırıqları cevik icra etsinlər. Əgər Dövlət xidmətində olan hər bir əməkdaşa etimad göstərilibsə o, mütləq qaydada öz funksional vəzifə borcunu Dövlətinə, Xalqına, Ali Baş Komandanına laiq icra etməlidir. Bu gün hər bir dövlət məmuru Azərbaycan vətəndaşına can yandırmalı, onun probleminin həll edilməsinə yardımçı olmalıdır. Mən arzu edərdim ki, hər bir vəzifəyə təyin edilmiş dövlət məmuru, qocaman işcilərimizdən nümunə götürməklə,  fərqi olmadan ki, bu kiçik rəis heyətidir və yaxud ali zabit heyətidir, hər kəs vətəndaşların problemlərinin içərisinə daxil olaraq çalışıb insanların hüquqlarının müdafiəsi və həyat şəraitinin yaxşılaşdırılması üçün maksimum işlər görsün. Düşünürəm ki, bu gün hər bir dövlət məmuruna Azərbaycanda Prezidenti cənab İlham Əliyevin və onun ailəsinin fəaliyyəti örnək olmalıdır.

 

Əli İbrahimov,

Hüquqşünas