Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi

0
369

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildiPrezident İlham Əliyev Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.