Nazirlər Kabinetinin Mətbuat xidmətinin yeni rəhbəri köhnə işindən ayrılmayıb – AÇIQLAMA

0
433

Nazirlər Kabinetinin Mətbuat xidmətinin yeni rəhbəri köhnə işindən ayrılıb? – AÇIQLAMANazirlər Kabinetinin Mətbuat xidmətinə yeni rəhbər təyin olunan İbrahim Məmmədov, təyinatdan öncə “ARB Media Qrup”da rəhbər vəzifədə çalışır və eyni zamanda analitik verilişin aparıcısı idi.

Bəs bu yeni təyinatdan sonra onun telekanalla əməkdaşlığı davam edəcəkmi?

Məsələ ilə bağlı açıqlama verən “ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli, ilk olaraq bütün ARB kollektivi adından İbrahim Məmmədovu Baş Nazirin sərəncamı ilə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin olunması münasibətilə təbrik edib:

“İbrahim Məmmədovu yeni vəzifəyə təyin olunması münasibətilə “ARB Media Qrup” adından təbrik edir, işində uğurlar arzulayırıq. Bu, həmkarımıza göstərilən yüksək etimaddır və biz də əminik ki, İbrahim Məmmədov bu işin öhdəsində də uğurla gələcək.

“ARB Media Qrup”dakı fəaliyyətə gəlincə bildirmək istəyirik ki, İbrahim müəllim telekanalımızda işini davam etdirəcək və eyni zamanda analitik verilişin müəllifi kimi efirdə olacaq. “ARB Media Qrup”da bu cür təcrübə var. Telekanalımız mətbuat xidmətlərində çalışan peşəkar aparıcıların təcrübəsindən bəhrələnir. Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat ximətinin rəhbəri Anar Nəcəfli, Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva, Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı, eləcə də İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə “ARB TV” və “ARB24”də aparıcı kimi fəaliyyət göstərir. İbrahim Məmmədov da artıq yeni çalışdığı qurumla bununla razılığa gəlib və biz birgə işimizi davam etdirəcəyik”.