Leykoz xəstələri uşaqların müalicəsində müsbət irəliləyiş var – Mütəxəssis

0
388

Uşaqlıq dövründəyoluxan ağır xəstəliyi arasında yer alan leykoz müalicə şansı ən yüksək olan xərçəng növü hesab edilir. Bunu hemotologiya üzrə mütəxəssis Dos. Dr. Kamuran Karaman bildirib. Onun sözlərinə görə , bu gün leykoza yoluxan uşaqların müalicəsində müvəffəqiyyət nisbəti 85%-əyüksəlib.

Xalq arasında qan xərçəngi və ya sümük iliyi xərçəngi adlanan leykoz son dövrlərdə uşaqlar arasında sürətlə yayılmağa başlayıb. Dr. K. Karaman, müalicənin ən vacib addımlarından biri olan kök hüceyrə donorunun son zamanlarda tez-tez gündəmə gətirildiyini vurğulayıb.

“Ən çox 2-5 yaş aralığı uşaqlar üçün təhlükəlidir”

Leykozun uşaqlarda qəfil başladığı və sürətlə inkişaf etdiyini bildirən mütəxəssis b bunları əlavə edib:

“Sürətlə irəliləməsinə rəğmən qan xərçənginin müalicəsi uşaqlarda müsbət nəticələr verməyə başlayıb. Bu ümidverici nəticələr xəstələrə qulluq və laboratoriya şəraitinin yaxşılaşdırılması, risk təsnifatının daha yaxşı müəyyənləşdirilməsi nəticəsində əldə edilib. Uşaqlar üçün yaxşı qurulmuş bir risk təsnifatı əsasında leykoz, kök hüceyrə transplantasiyasına ehtiyac duymadan yalnız kimyaterapiya ilə bərpa edilə bilər”.

 

Bundan əlavə həkim, uşaqların xəstəlik dövründə təhsil həyatının davam etdirilməsinin, onların motivasiyasının aşağı düşməməsi üçün müalicə prosesində vacib olduğunu vurğulayıb.

Həkim, leykozunhələ də xalq arasında ölümcül bir xəstəlik olaraq qəbul edildiyini bildirib. Lakin uşaqlıq qan xərçəngi artıq müalicə edilə bilən xəstəlikdir. O nə yoluxucu, nə də genetikdeyil. Diaqnozdan sonra ailənin dəstəyi çox vacibdir. Bütün baş verənləri anlamaq üçün ailələr vaxt və səbr lazımdır.