Hamburq Qran-Prisi: Teymur Rəcəbov və Daniel Dubov cavab qarşılaşmasında üz-üzə gələcəklər

0
492

Noyabrın 6-da Hamburqda keçirilən FIDE Qran-Prisinin üçüncü mərhələsinin birinci turunda səkkizdəbir finalın cavab partiyaları oynanılacaq.

Dünyanın 16 ən güclü şahmatçısının qatıldığı turnirin birinci turunda T.Rəcəbov rusiyalı Daniel Dubov ilə heç-heçə edib. Bugünkü cavab qarşılaşması da heç-heçə başa çatarsa, qalibi müəyyənləşdirmək üçün tay-brek oynanılacaq.

Dörd mərhələdən ibarət FIDE Qran-Prisində ümumilikdə 21 şahmatçı gücünü sınayır. Şahmatçıların hər biri turnirin yalnız üç mərhələsində iştirak edə bilər. Yarışın iyulun 11-24-də Riqada keçirilən əvvəlki mərhələsində Şəhriyar Məmmədyarov qalib adını qazanıb. T.Rəcəbov isə həmin mərhələdə iştirak etməyib. Qran-Pri seriyasının mayda Moskvada keçirilən birinci mərhələsində isə hər iki təmsilçimiz ilk raundda uduzduğu üçün turnirlə vidalaşmalı olub.

Qran-Pri turnirinin dekabrın 10-dan 24-dək Təl-Əvivdə keçiriləcək dördüncü mərhələsində həm Ş.Məmmədyarov, həm də T.Rəcəbov mübarizə aparacaqlar.

Qran-Pri turnirləri Olimpiya sistemi (uduzan çıxır) üzrə keçirilir.