AFFA-nın baş katibinin sədrliyi ilə UEFA komitəsinin iclası keçirilib

0
452

Noyabrın 5-də İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında qurumun Fair Play və Sosial Məsuliyyət Komitəsinin növbəti iclası keçirilib.

İclasa AFFA-nın baş katibi, qeyd olunan komitənin rəhbəri Elxan Məmmədov sədrlik edib.

Xatırladaq ki, bu il mayın 29-da UEFA İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasında Elxan Məmmədov UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib.