Azərbaycan karateçiləri Çilidə 4 medal qazanıblar

0
465

Çilinin paytaxtı Santyaqo şəhərində karate üzrə XI dünya çempionatı davam edir.
Azərbaycanın 16-18 yaşlı gənclər milli komandası Dünya çempionatının üçüncü yarış günü 4 medal qazanıblar.

Hüseyn Məmmədli (-61 kq) gümüş mükafata, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə (-76 kq) və Polina Qurenko (-53 kq) isə bürünc medala sahib olub. Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq) və üç görüşünü qələbə ilə başa vuran Ayla Rzazadə (-59 kq) yaxşı təsir bağışlasalar da, medalçılar arasına düşə bilməyiblər.

Bu gün 21 yaşadək gənclərin yarışında Hümmət Baxşəliyev (-67 kq) və Murad Hacızadə (+84 kq) çıxış edəcəklər.