QORXUNC STATİSTİKA: Bu il 4731 nəfər narkotikə görə tutulub, 128-i qadındır

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bu ilin 10 ayı ərzində cinayət məsuliyyətinə 4731 nəfər cəlb edilib, onlardan 4603-ü kişi, 128-i qadın olub.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, məsuliyyətə cəlb edilmiş 60 xarici ölkə vətəndaşından ümumilikdə 690 kq 686,733 qr və 2778 ədəd həb müxtəlif növ narkotik vasitələr, 3 həb güclü təsir edən maddə və 3 ədəd (880 qr) çətənə bitkisi götürülüb.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-oktyabr ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 238 fakt, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 257 fakt, nartkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 32 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 30 fakt, qrup halında olan cinayətlərin sayı 62 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 24 nəfər azalıb.

Həmçinin, narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 51 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 44 nəfər və qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 786 kq 066,467 qr artıb.