Voyager 1 kosmosda tarixi rekorda yaxınlaşır

Təxminən 50 ildir kosmosda hərəkət edən “Voyager 1” kosmik aparatı noyabrın 18-də Yerdən bir işıq günü məsafəsinə çatacaq.

Bu, siqnalın Yerdən aparata çatması üçün təxminən 24 saat, cavabın geri qayıtması üçün isə daha 24 saat tələb olunması deməkdir.

1977-ci ildə buraxılan aparat insan tərəfindən yaradılmış ən uzaq obyekt olaraq qalır.