Orqanizmdə D vitamini çatışmazlığı əhval-ruhiyyənin pisləşməsi, narahatlıq, depressiv hallar və iştahanın artması ilə özünü göstərə bilər.
Bu barədə diyetoloq və endokrinoloq Anton Polyakov məlumat verib.
Həkimin sözlərinə görə, D vitamini çatışmazlığı insanın yalnız fiziki sağlamlığına deyil, emosional vəziyyətinə də təsir edir. Bu problem immunitetin zəifləməsinə, qida qəbuluna meylin artmasına və həddindən artıq yeməyə səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, D vitamininin uzunmüddətli çatışmazlığı sümüklərin möhkəmliyini də azaldaraq osteoporozun ağırlaşmasına və sınıq riskinin artmasına gətirib çıxara bilər.
Həkim belə əlamətlər müşahidə edildikdə özbaşına vitamin qəbul etməməyi, əvvəlcə mütəxəssisə müraciət etməyi tövsiyə edib.



