“Orqanizmdə D vitamini çatışmazlığı zəifləmiş immunitet və həddindən artıq yeməyə meyillilik kimi simptomlarla özünü büruzə verə bilər”.
Bu barədə endokrinoloq Anton Polyakov məlumat verib.
“D vitamini defisiti adətən əhval-ruhiyyənin düşməsi və qidalanmanın pozulması – yəni qidaya meyilliliyin artması, aşırı yeməyə həvəs kimi hallarla özünü göstərir. Həmçinin bu vitaminin çatışmazlığı immunitetin zəifləməsi ilə də müşayiət oluna bilər”, – deyə mütəxəssis qeyd edib.
Həkimin sözlərinə görə, orqanizmdə D vitamininin azlığı sümüklərin möhkəmliyinin azalmasına və təşviş-depressiv halların inkişafına da dəlalət edir.



