Piterdə cümə namazı zamanı reyd keçirildi

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Sankt-Peterburqun Sennoy bazarı ərazisində cümə namazı zamanı reyd keçirib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, reyd zamanı miqrasiya sənədlərində pozuntular aşkarlanan bir neçə əcnəbi saxlanılıb:

“Yoxlamalar cümə namazının iştirakçılarını, eləcə də yaxınlıqda yerləşən hostelləri və kafeləri əhatə edib. Bundan əlavə, bu yaxınlarda Rusiya vətəndaşlığını alan onlarla kişiyə hərbi xidmətə yazılmaq üçün çağırış vərəqəsi verilib”.