Yunanıstanda İkinci Dünya Müharibəsi dövrünə aid min bomba aşkar edilib

Saloniki Liman Administrasiyasının (OLTH) rəhbərliyi körpünün genişləndirilməsi işləri zamanı limanın dəniz dibində aşkar edilmiş İkinci Dünya Müharibəsi dövrünə aid təxminən 1 000 bombanın zərərsizləşdirilməsi məqsədilə Yunanıstanın səlahiyyətli orqanlarına müraciət edib.

Moderator.az xəbər verir ki, bu barədə yunan mediası xəbər verir.

Bombalar 6-cı körpü rayonunda maqnit zondlama nəticəsində aşkar edilib. Onlar genişləndirmə səthini təşkil edən beton kessonların (dəmir-beton halqalardan və ya monolit betondan hazırlanmış hermetik yeraltı tutum – red.) altında, həmçinin modernləşdirilmiş körpünün giriş və çıxış nöqtələrində yerləşir; onların ümumi çəkisinin 15 000-dən 20 000 tona qədər olduğu təxmin edilir.

OLTH bəyan edib ki, onların mövcudluğu 6-cı körpünün genişləndirilməsi işlərinə mane olur.

İkinci Dünya Müharibəsi dövrünə aid köhnə sursatların 1944-cü ildə alman işğal qüvvələrinin Salonikidən çəkilməzdən əvvəl tərk edildiyi güman edilir.