Arterial təzyiqin zamanla güclü şəkildə dəyişməsinin insult və ölüm riskinin artması ilə əlaqəli olduğu üzə çıxıb. Üstəlik, təzyiqin səviyyəsi deyil, həm də müayinələr arasında onun nə qədər güclü dəyişməsi əhəmiyyət daşıyıb.
Avropa Diabetin Öyrənilməsi Assosiasiyasının (EASD) illik konfransında işi təqdim olunan alimlər belə qənaətə gəliblər.
Tədqiqatçılar orta yaşı 55 olan 57 mindən çox insanın məlumatlarını təhlil ediblər. İştirakçılara bir neçə dəfə təzyiq ölçülüb, bundan sonra alimlər onun dəyişkənliyini qiymətləndiriblər. Müşahidə orta hesabla təxminən beş il davam edib. Bu müddət ərzində 571 nəfər insult keçirib, 1460 nəfər isə vəfat edib.
Aşağı təzyiqin dəyişməsi ilə əlaqə xüsusilə nəzərəçarpan olub. O, nə qədər çox dəyişibsə, insult riski də bir o qədər yüksək olub. Aşağı təzyiqin kəskin enib-qalxması riskin 12 faiz artması ilə əlaqəli olub.
Təzyiq dalğalanmaları orta səviyyəsindən asılı olmayaraq ölüm riski ilə də əlaqəli olub. Xüsusilə ikinci tip diabeti olan və yuxarı təzyiqi güclü dəyişən insanlarda yüksək ehtimal müşahidə edilib.
Müəlliflərin fikrincə, təzyiqin zamanla necə dəyişdiyini izləmək ürək-damar problemləri riskini daha dəqiq müəyyən etməyə kömək edə bilər. Lakin tədqiq



