Ermənistanda benzinin qiyməti rekord həddə çatdı

Ermənistanda benzin və dizel yanacağının qiyməti yenidən artaraq, yeni tarixi rekord qırıb.

Paytaxtdakı yanacaqdoldurma məntəqələrində Aİ-92 markalı benzinin bir litrinin qiyməti orta hesabla 600 drama (1,66 dollar) yüksəlib. Əvvəllər bu yanacağın bir litri 580 drama satılırdı.

“Premium” markalı benzinin qiyməti isə 20-30 dram artaraq 620-630 drama çatıb.

Dizel yanacağının qiyməti də eyni məbləğdə artaraq 710 dram olub.